BAKI, 29 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı müsbət keçib. Prezidentlər yaxın vaxtlarda üz-üzə görüşmək barədə razılığa gəliblər.
Sputnik Ensonhaber.com-a istinadən xərbər verir ki, bu haqda Türkiyə Prezidentinin mətbuat xdməti məlumat yayıb. "Liderlər arasında olan telefon danışığı zamanı görüş məsələsi müzakirə olunub və razılığa gəlinib", — deyə məlumatda qeyd olunur.
Xəbərə görə, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görüləcəyini vəd ediblər.