Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə - Rusiya barışığı Azərbaycana nə vəd edir?

Abunə olmaq
Politoloqlar iki ölkənin münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyi ehtimalını istisna edirlər

BAKI, 28 iyun — Sputnik. Təyyarə olayına görə Türkiyənin Rusiyadan üzr istəməsi iki ölkə arasında münasibətlərin nizama salınması ilə yanaşı, bölgədə yeni ab-havanın yaranmasına gətirib çıxaracaq. Yarım ildən çox davam edən gərginlik yalnız bu iki ölkənin daxili işi olmaqdan xeyli qabağa gedərək, beynəlxalq proseslərin tənzimlənməsinə mənfi təsirlərini göstərirdi.

Putin və Ərdoğan - Sputnik Azərbaycan
RUSİYA
Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: "Bağışlayın..."

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik və Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin olduğunu nəzərə alsaq, bu istiləşmənin rəsmi Bakının da maraqlarına cavab verdiyini görərik. Nəzərə alaq ki, regionun iki böyük ölkəsinin münasibətlərinin gərinləşən vaxtlarında, bu ilin aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozuldu, status-kvonun dəyişdirilməsi istiqamətində diplomatik fəallıq artdı və bunun ardınca Rusiyanın təşəbbüsü ilə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli formatda diplomatik danışıqları baş tutdu.

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu ölkələrindən biri kimi Türkiyə Azərbaycanın strateji maraqlarından çıxış edən bəyanatlar səsləndirdi, amma Rusiya ilə gərgin münasibətlərin mövcudluğu bu diplomatik fəallığa da öz təsirini göstərmiş oldu. Minsk qrupu ölkələri arasında strateji planda olan hər hansı narazılıq istər-istəməz münaqişənin həllində kompromis variantların tapılmasında da çətinlik yaradır.

Politoloq Rauf Mirqədirov Sputnik-ə açıqlamasında deyib ki, Rusiya-Türkiyə münasibətlərinə təsir edən daimi və keçici faktorlar var: "Onlar müxtəlif sahələrdə bir-biriləri ilə həm əməkdaşlıq edir, həm də rəqabət aparırlar. Ərdoğanın Putinə ünvanladığı məktub bu iki ölkənin ikitərəfli münasibətlərinin inkişafına pozitiv təkan verməlidir".Türkiyənin üzrxahlığı hansı yeni mənzərə yaradır və bu, hadisələrin növbəti inkişafına necə təsir edəcək? Digər tərəfdən regionun iki böyük oyunçusunun dil tapması Qarabağ münaqişəsinin həllinə nə kimi töhfəsini verə bilər?

"Lakin mən düşünmürəm ki, münasibətlərin inkişafı Dağqlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsir göstərsin. Rusiya-Türkiyə münasibətlərinin çox gözəl olduğu bir dövr vardı, söhbət hətta strateji əməkdaşlıqdan gedirdi. İki dövlətin bu qədər yaxınlaşması çoxlarında böyük gözləntilər yaratmışdı. Ancaq həmin dövrdə də Rusiya-Türkiyə münasibətlərinin pozitiv inkişafının, əməkdaşlığın genişləndirilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsiri olmurdu. Münaqişənin həlli, təəssüflər olsun ki, Türkiyə-Rusiya münasibətlərinin rəqabət hissəsinə aiddir", — Mirqədirov bildirib.

Politoloq Şahin Cəfərli də Türkiyə ilə Rusiya arasındakı istiləşmənin Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyi optimizmini bölüşmür. "Məncə, əksinə, bu məsələ bizim əleyhimizə işləyəcək", — o, Sputnik-ə açıqlamasında qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, əvvəla, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin tarixdə heç olmadığı şəkildə çox yüksək səviyyəyə qalxdığı dönəmdə bunun Qarabağ məsələsinə hər hansı müsbət təsiri olmayıb: "İkincisi, münasibətlər pozulduqdan sonra Türkiyə Rusiyanın ənənəvi nüfuz sahələrinə (Cənubi Qafqaz da daxil olmaqla) fəal müdaxilə etməyə başlamışdı. İndi, yenə əvvəlki dövrdə olduğu kimi, Türkiyə bu məsələdə, yəqin ki, çəkingən davranacaq, bundan da itirən Azərbaycan olacaq".

Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozduğu iddia olunan Rusiyanın "Su 24" qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub."Çünki Rusiya Türkiyənin bölgəyə müdaxiləsini və Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməsini istəmir. Beləliklə, Rusiyanın bu narahatlığı aradan qalxmış oldu", — Ş. Cəfərli vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin bu addıma çox kəskin reaksiya verərək, bunu "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdı. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.

İyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib və ölən pilotun ailəsindən üzr istəyib. Ərdoğan məktubunda Rusiyanı Türkiyənin dostu və müttəfiqi adlandırıb.

Xəbər lenti
0