BAKI, 27 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. Sputnik RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, məktubda ikitərəfli münasibətlərin bərpasının vacibliyi vurğulanıb. Peskov Ərdoğanın "Su-24"un vurulması ilə bağlı Putindən "üzr istədiyi"ni də söyləyib.