BAKI, 24 iyun — Sputnik. "Rusiya "Brexit" məsələsinə heç vaxt müdaxilə etməyib, fikir bildirməyib və təsir göstərməyib".
Sputnik Report-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilmiş referendumu dəyərləndirərkən deyib.
"Böyük Britaniyanın Aİ-dən çıxması Avropaya və Rusiyaya təsir edəcək", — deyə Rusiya dövlət başçısı bildirib.