Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Guya Rusiya Minsk qrupunu danışıqlar prosesindən uzaqlaşdırmaq istəyir"

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidRusiya XİN-in nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: "Sankt-Peterburqda keçirilən üçtərəfli görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar"

BAKI, 23 iyun — Sputnik. "Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatı qəbul olunub. Həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqlar əldə edildiyi əksini tapıb".

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü - Sputnik Azərbaycan
SİYASƏT
Prezidentlərin görüşündə razılıq əldə olundu

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O, görüşdə əldə olunan razılığı kiminsə özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməsinin yolverilməz olduğunu bildirib.

Rusiyanın münaqişəsinin həlli prosesində təşəbbüsü ələ alması ilə bağlı yayılan fikirlərə toxunan diplomat qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur: "Sankt-Peterburq görüşündən qabaq guya Rusiyanın münaqişənin həlli ilə bağlı təşəbbüsü ələ alması ilə bağlı məlumatlar yayılırdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiya Minsk qrupunu danışıqlar prosesindən uzaqlaşdırmaq, danışıqların formatın dəyişmək istəyir".

"Lakin Sankt-Peterburqda keçirilən üçtərəfli görüş bunun belə olmadığını bir daha sübut etdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir, formalaşan potensialı qoruyub saxlasın", — Zaxarova bildirib.

Rusiya XİN rəsmisi tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: "Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş həqiqətən də, yüksək səviyyədə keçib".

Xəbər lenti
0