BAKI, 23 iyun — Sputnik. "Biz Türkiyənin xarici işlər naziri ilə Soçidə ikitərəfli danışıqlar aparmağa hazırıq".
Sputnik RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib. Onun sözlərinə görə, Rusiya tərəfi bütün nazirlərə, həmçinin də Türkiyə və Ukraynanın XİN başçılarına dəvətnamə göndərib.
"Hələlik cavab almamışıq. Uzağı bir həftəyə iştirakçıların adları dəqiqləşəcək", — deyə V.Nebenzya qeyd edib.
Nazir müavininin sözlərinə görə, Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin toplantısına dəvəti müsbət dəyərləndirsə, onda Rusiya tərəfi bu ölkənin xarici işlər naziri ilə danışıqlar aparmağa hazırdır.