BAKI, 20 iyun — Sputnik. "Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək danışıqların əsas mövzusu Qarabağda hərbi əməliyyatların yenidən başlamamasıdır".
Sputnik Ria-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. "Burada əsas məsələ — hərbi əməliyyatların yenidən başlamasından sığortalanmaq, Qarabağ ətrafında gərginliyin başlaması anına qədər əldə olunan nailiyyətlərin puç olmasına yol verməməkdir", — deyə Peskov bildirib.
Onun sözlərinə görə, qarşıdakı danışıqlar mürəkkəb olacaq: "Prezident Vladimir Putin ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bundan sonra üç prezidentin, yəni Putin, Əliyev və Sarkisyanın danışıqları və iş yeməyi baş tutacaq".