BAKI, 20 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə başsağlığı məktubu göndərib. Sputnik xəbər verir ki, məktubda deyilir: "Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
Qeyd edək ki, Rusiyanın Kareliya Respublikasında yerləşən Syamozero gölündə qayıq batıb. İçərisində 47 nəfərin olduğu qayığın fırtınaya düşməsi nəticəsində 13 uşaq ölüb, 1 azyaşlı itkin düşüb.