QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bako Saakyanın Şengen vizası saxtakarlığı

© Photo : STRBako Saakyan. Arxiv şəkli
Bako Saakyan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
XİN: Belçika Krallığı Bako Saakyanın səfərinin rəsmi xarakter daşımadığını və yalnız şəxsi əsasda baş tutduğunu bildirib.

BAKI, 16 iyun-Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bako Saakyanın Brüsselə səfərinə münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil.

"Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika Parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və İslamafob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Azərbaycan Respublikasının Belçika Krallığında səfirliyinin etirazına cavab olaraq, Belçika Parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib." — deyə XİN rəsmisi bildirib.

H.Hacıyev bildirib ki, B.Saakyan Ermənistan Respublikasının diplomatik pasportu ilə hərəkət edir və Şengen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış məlumat verir.

"Narazılıq doğuran hal odur ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən digər ölkələrdəki bu cür fərdlərə qarşı Şengen vizasının alınması prosesində səfər sanksiyası tətbiq edildiyi halda, saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyanın Şengen vizası rəsmiləşdirilir."- deyə XİN rəsmisi bildirib.

H.Hacıyevin fikrincə, Ermənistan belə əməllərlə münaqişənin həllinə mane olmağa çalışır:

"Bu bir daha onu sübut edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır".

Xəbər lenti
0