QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq ölümdən döndü

© Photo : APAElvin Hüseynli
Elvin Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Elvin Hüseynli hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

BAKI, 16 iyun-Sputnik. Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Əslən Laçın rayonundan olan məcburi köçkün, Əskipara kənd sakini 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantılara od vurub. Daha sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildiriblər ki, E.Hüseynli üz nahiyəsi və iki ayaqlarında yanıq xəsarəti ilə xəstəxanaya daxil olub. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir. Onun yaralanmasına səbəb olan hərbi sursatın adı məlum deyil.

Xəbər lenti
0