BAKI, 15 iyun — Sputnik. "Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə məktubu ənənəvi protokol göndərişidir. Bu məktuba cavab vermək tələb olunmur".
APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Milli bayramlar münasibəti ilə ənənəvi olaraq belə göndərişlər olur. Bu protokoldur və beynəlxalq münasibətlərdə adi təcrübədir. Təəssüf ki, bu göndərişdə hansısa digər məzmunlu məqamlar yox idi".
Peskovun sözlərinə görə, ölkələr arasındakı mürəkkəb diplomatik münasibətlər heç vaxt məktub mübadiləsinin kəsilməsi üçün bəhanə olmur: "Bəzən məktublar gəlir, bəzən gəlmir. Bu, vəziyyətdən asılıdır. Bu il məktub gəldi. Çünki bu, Türkiyə bizim təyyarəmizə hücum edəndən sonra birinci milli bayram günü idi".
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan RF dövlət başçısı Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.