Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropadan Rusiyaya növbəti zərbə

© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətini uzatması istisna edilmir, sadə avropalılar isə bunun tərfdarı deyil.

Avropadan Rusiyaya növbəti zərbə
BAKI, 14 iyun-Sputnik. İyunun 21-də Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini artırmaq barədə qərar qəbul etməlidir. Bu barədə Frans Press agentliyi diplomatik mənbələrə istinadən xəbər verib. Diplomatik mənbə bildirib ki, bu qərar iyunun 24-də Aİ ölkələri xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

Sanksiyalarla bağlı vəziyyət 2016-cı ilin ikinci yarısında müzakirəyə çıxarılacaq. "Belə bir hiss var ki, bu ilin ikinci yarısında sanksiyalarla bağlı nə isə ediləcək", — deyə diplomat əlavə edib.
Bir qədər əvvəl Avropadakı mənbə Sputnik-ə bildirmişdi ki, bəzi ölkələrin sanksiyaların yumşaldılması təklifi ilə çıxış etmələrinə baxmayaraq, Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq.
Daha öncə də bildirilirdi ki, iyulun 31-də başa çatacaq antirusiya sanksiyalarının uzadılması məsələsinə 28-29 iyun tarixlərində keçiriləcək Aİ ölkələrinin sammitində baxılacaq.

Politoloq Tofiq Abbasov "Sputnik"ə müsahibəsində deyib ki, sanksiyaların yumşalma ehtimalları minimal səviyyədədir. "Bunun iki səbəbi var. Birincisi, iki tərəf arasında "soyuq müharibə" gedir və səngimək bilmir. Qərbin, xüsusilə də Amerikanın Rusiya qarşısında qoyduğu tələb ondan ibarətdir ki, Rusiya Ukraynanın işlərinə müdaxilə etməsin və tədricən Krımı Ukraynaya qaytarsın", — deyə o bildirib.

Politoloqun sözlərinə görə, Rusiya Krımı Ukraynaya qaytarmayacaq, çünki o, oraya sonradan qaytarmaq üçün gəlməyib: "Orada referendum keçirilib və qanunda tətbiq olunan bütün bəndlər Krım reallıqlarında həllini tapdı, səsvermə oldu və Krım əhalisi Ukraynanı tərk etmək haqqında yerli parlament səviyyəsində qərar çıxardı. Rusiya Krımı və Sevastopolu qəbul etdi".

Politoloq qeyd edib ki, bu səbəbdən Amerika və onun Qərb müttəfiqləri məsələni sərt təzdə qoymaqla Rusiyanı sıxışdırırlar ki, onun manevr imkanları tükənsin və o, beynəlxalq aləmdə öz fəallığını məhdudlaşdırsın. "Digər təfərdən sanksiyalar həm də iqtisadi zəmində Rusiyanın sisteminə ağırlıq gətirməkdir. Çünki Rusiyanın Qərbdən texnologiya asılılığı hələ də yüksəkdir. Ona görə də, bunlardan qurtulmaq üçün Rusiya gərək siyasətini yumşaldıb münasibətlərdə yüngüllük yaratsın. Çünki neft bazarında gedən proseslər də Rusiyanın maraqlarına kifayət qədər təsirli zərbələr endirir", — deyə o qeyd edib.

"Sputnik"in rəy sorğusunun nəticələrinə görə, Avropada sorğulanan əhalinin az qala yarısı — 47%-i Rusiyaya qarşı sanksiyaların bu ilin iyununda dayandırılmasına tərəfdar çıxıb. İtaliyada 51%, Almaniyada — 48%, Fransada isə 43% əhali bu mövqeyi dəstəkləyib. ABŞ-da sanksiyaların ləğv edilməsinə cəmi 29% insan tərəfdar çıxıb.
Məlumatlar Fransanın məşhur "Ifop" və Böyük Britaniyanın "Populus" sorğu şirkətləri tərəfindən "Sputnik" informasiya agentliyi və radiosunun sifarişi ilə keçirilmiş sorğunun nəticəsində əldə edilib.

Sanksiyaların uzadılmasını ən çox ABŞ əhalisi istəyir. Belə ki, "2016-cı ilin iyununda Rusiyaya qarşı sanksiyaları uzatmaq, yoxsa ləğv etmək lazımdır?" sualına cavab olaraq 42% amerikalı "uzadılmalıdır" variantını seçib. Almaniya və Fransada bu cavabı seçənlərin sayı müvafiq olaraq 31% və 29% olub, İtaliyada isə buna tərəfdar çıxanlar 27% təşkil edib. Məsələ ilə bağlı mövqelərini müəyyən edə bilməyənlər Almaniyada 21%, İtaliyada 22%, Fransada 28% və ABŞ-da 29% olub. Cəmi rəy sorğusunda 4010 nəfər iştirak edib.

Qeyd edək ki, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı situasiya ilə əlaqədar olaraq pisləşib. Aİ ölkələri əvvəlcə 2016-cı ilin 15 sentyabrına qədər fərdi qaydada fiziki şəxslərə qarşı sanksiyaların tətbiqinə qərar veriblər. Daha sonra iyulun 31-dək qüvvədə olacaq, iqtisadiyyatın bütün sektorlarına təsir edəcək sanksiyaların tətbiqinə başlanılıb. Bu sanksiyalar xüsusilə Rusiyaya və Krıma tətbiq edilməyə başlayıb. Buna cavab olaraq, Rusiya ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən ərzaq idxalına qadağa qoyub. 2015-ci ilin iyunundan etibarən 2016-cı ilin 5 avqustuna qədər Rusiya Aİ-dən ərzaq idxalına embarqo qoyub.

Xəbər lenti
0