Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Üç prezident iyunun 20-də Sankt-Peterburqda görüşəcək

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın üç tərəfli görüşü
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın üç tərəfli görüşü - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 14 iyun-Sputnik. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

Sputnik-in məlumatına görə, prezidentlərin görüş vaxtını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı detallar müzakirə ediləcək.  

Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin 16 may Vyana görüşündə planlaşdırılıb.

Xatırladaq ki, bu ilin aprel ayının 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələrinin təmas xətti boyunca atəşkəsi pozması nəticəsində münaqişə gərginləşib. Ağır silahlı toqquşma ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, xüsusilə də Rusiyanın müdaxiləsindən sonra dayandırılıb və atəşkəs bərpa edilib. Vasitəçilərin səyi ilə münaqişənin sürətli həlli istiqamətində addımların atılması razılaşdırılıb.

Xəbər lenti
0