BAKI, 14 iyun-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.
Sputnik-in məlumatına görə, Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.
"Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Eləcə də, Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram", — deyə Türkiyə prezidentinin təbrik məktubunda qeyd olunub.
Türkiyənin baş naziri Binali Yıldırım da rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib.
Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.
Xatırladaq ki, Rusiya-Türkiyə münasibətləri 2015-ci ilin noyabrın 24-dən, Türkiyəyə məxsus təyyarənin bu ölkənin hava sərhədini pozan Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra pisləşib.