Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin və Həsən Ruhaninin Bakıya gələcəyi tarix açıqlandı

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiPrezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin
Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugüngü növbədənkənar iclasında prezidentlərin səfərinin avqustda baş tutacağını deyib.

BAKI, 14 iyun-Sputnik. Bu ilin avqust ayında İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

Sputnik-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugüngü növbədənkənar iclasında deyib.

"Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız", — deyə o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.

Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcəklər.

Bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünə hazırlıq gedir. Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır.

Ondan əvvəl isə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan, İran və Rusiya prezidentlərinin bu ilin ikinci yarısında görüşəcəklərini demişdi. O, bu görüşün Bakıda baş tutacağını bildirmişdi.

Görüşün məqsədi ilə bağlı rəsmi açıqlama verilməsə də, diplomatik mənbələr bunun regionun geosiyasi gələcəyi, üçtərəfli əməkdaşlıq, regional enerji təhlükəsizliyi, Xəzərin birgə qorunması ilə bağlı olacağını bildirirlər.

Xəbər lenti
0