Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aqrar məhsulların Rusiyaya ixracı zamanı yaranan problemlər aradan qalxdı

© publika.azDövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Son 3 gündə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiyaya yola salınıb.

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.

Bu barədə Sputnik-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyəti qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq laborator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem həllini tapıb. 

Belə ki, iyun ayının 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü  29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yük maşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiyaya yola salınıb.

Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

Xəbər lenti
0