QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Beynəlxalq media orqanları Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır"

© Photo : APAHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "Ermənistan tərəfi bu kimi vasitələrlə münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti aldatmaq və xüsusilə aprelin 2-dən etibarən qoşunların təmas xəttində yaranmış gərginliyə görə daşıdığı məsuliyyəti gizlətməyə çalışır"

BAKI, 2 iyun — Sputnik. "Azərbaycan beynəlxalq media orqanlarının işğal olunmuş ərazilərə səfər etmək kimi peşəkar marağına hörmətlə yanaşdığı halda, beynəlxalq media orqanları da Azərbaycanın qanun və qaydalarına hörmətlə yanaşmalıdır".

Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsü - Sputnik Azərbaycan
SİYASƏT
"Ermənistan necə iddia edə bilər ki, sülh tərəfdarıdır?"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, xarici KİV nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Trend-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Ermənistan və Avropada yerləşən erməni lobbi təşkilatları bəzi beynəlxalq media nümayəndələrinin bütün xərclər ödənilməklə işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərini təşkil ediblər.

"Ermənistan tərəfi bu kimi vasitələrlə münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti aldatmaq və xüsusilə aprelin 2-dən etibarən qoşunların təmas xəttində yaranmış gərginliyə görə daşıdığı məsuliyyəti gizlətməyə çalışır. Bəzi KİV nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri hallarına baxmayaraq, bu sahədə də pozitiv dinamika var", — XİN sözçüsü bildirib.

Hacıyev qeyd edib ki, Polşanın İctimai Televiziya və Ukraynanın İCTV televiziya kanalının çəkiliş qrupları bu yaxınlarda Xarici İşlər Nazirliyinə rəsmi müraciət edərək, peşəkar jurnalist fəaliyyətini həyata keçirmək üçün işğal olunmuş ərazilərə səfər etmək və bununla bağlı icazə və müvafiq akkreditasiya verilməsini xahiş ediblər. Belə ki, Polşanın İctimai Televiziya və Ukraynanın İCTV kanalları Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlərini ifadə edərək, səfərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcəyini bildiriblər.

"Mövcud qaydalar əsasında hər iki televiziya kanalının akkreditasiya müraciətinə baxılıb və onlara XİN tərəfindən bütün Azərbaycan ərazisində xarici KİV nümayəndələrinə jurnalist fəaliyyəti ilə məşğul olmağa icazə verən müvafiq akkreditasiya verilib", — mətbuat katibi qeyd edib.

H.Hacıyev deyib ki, Azərbaycan beynəlxalq media orqanlarının işğal olunmuş ərazilərə səfər etmək kimi peşəkar marağına hörmətlə yanaşdığı halda, beynəlxalq media orqanları da Azərbaycanın qanun və qaydalarına hörmətlə yanaşmalıdır: "Bndan əvvəl də fəaliyyətində ölkədaxili qanunlara və beynəlxalq hüquqa hörməti rəhbər tutan media orqanları Azərbaycan XİN-in akkreditasiyası əsasında işğal olunmuş ərazilərə səfər ediblər".

Xəbər lenti
0