BAKI, 2 iyun — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Mövqelərimiz Tərtər, Füzuli və Xocavənd istiqamətindən atəşə tutulub
10:28 02.06.2016 (Yenilənib: 20:35 16.11.2021)
© panoramio.comHoradiz, Füzuli
Abunə olmaq
Ermənistan hərbçiləri sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozublar