BAKI, 1 iyun — Sputnik. "Rusiyanın vasitəçilik missiyası sülhyaratmada vacibdir. Biz istəmirik ki, vəziyyət 1994-cü ildəki hala gəlsin. Ola bilsin, bizim şərtlər təkcə bizim ölkələr üçün deyil, həm də bütün region üçün fəlakət olsun".
Bu fikirləri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə, erməni deputat Xosrov Arutyunyan deyib.
"Düşünürəm ki, işğal olunmuş ərazilər geri qaytarılmalıdır. Bizim üçün əsas olan Dağlıq Qarabağın gələcəyidir. Ermənilər üçün Dağlıq Qarabağ problemi yaşam hüquqü ilə bağlıdır. Bizim üçün önəmli olan Dağlıq Qarabağda ermənilərin gələcək yaşam şərtləri və hüquqlarıdır", — Arutyunyan əlavə edib.
Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilir.
Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirlər.