Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Türkiyəyə nə zeytun budağı, nə də başqa budaq uzatmayacağıq

© Sputnik / Евгений Биятов / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN: Biz demişik ki, Türkiyə üzr istəməli və törədilən hərbi cinayətlə bağlı itkilərə görə təzminat ödəməlidir.

BAKI, 31 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ankara üzr istəməyənə qədər Türkiyəyə dostluq əlini uzatmayacaqlarını bildirib.

Bu gün “Komsomolskaya Pravda” qəzetinə verdiyi canlı on-line müsahibədə Lavrov deyib ki, "Türkiyəyə zeytun budağı və ya hər hansı başqa budaq uzadacağımızı heç vaxt söyləməmişik”. 

“Bunu nəyə əsasən söyləyirlər? Biz demişik ki, Türkiyə üzr istəməli və törədilən hərbi cinayətlə bağlı itkilərə görə təzminat ödəməlidir” – deyə Lavrov bildirib. 

Rusiya prezidenti Vladimir Putinin ötən həftə Yunanıstanda verdiyi açıqlamanı xatırladan Lavrov  deyib: "Putin də Ankaranın təkliflərini dəyərləndirməyə hazır olduğumuzu, ancaq bundan əvvəl Türkiyənin üzərinə düşən addımı atması lazım gəldiyini  söyləmişdi.” 

Lavrov Türkiyənin İraqdakı hərbi mövcudluğunun hüquqa zidd olduğunu vurğulayıb: "Türkiyənin İraqdakı qanundankənar mövcudluğunu sona çatdırmasını tələb edirik və bunu tələb etməkdə də davam edəcəyik. Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu demişdi ki, türk əsgərləri İraqın suverenliyini möhkəmləndirmək üçün bu ölkədədir. Biz bu mövqeni qəbul edə bilmərik və türklərin bu hərəkəti qərbli tərəfdaşlarımızın diqqətini cəlb etməlidir.”

Rusiya XİN başçısı ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiyanı da heç bir iş görməməkdə qınayıb: “ABŞ dövlət katibi Con Kerri ilə görüşümüzdə ona niyə terrorçuları bombalamaqdan vaz keçdiklərini və Suriyadan Türkiyəyə neft qaçaqmalçılığının qarşısını almaq üçün niyə heç bir addım atmadıqlarını soruşdum. Kerri mənə bununla məşğul olduqlarını dedi və yenidən terrorçular arasında yaxşı müxalifətçilərin olduğunu, onları vurarlarsa, həmin yaxşı müxalifətçilərə də zərər vermiş olacaqlarının söylədi."

Xəbər lenti
0