BAKI, 30 may — Sputnik. "Türkiyə əvvəlki kimi bəyan edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsi vurulanda Ankara həmin bombardmançının kimə aid olduğunu bilmirdi".
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib. "Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var", deyən Kurtulmuşun sözlərinə görə, N.Kurtulmuş ümid etdiyini bildirib ki, Ankara və Moskva dialoq yolu ilə münasibətlərdəki böhranı nizamlaya biləcəklər.