Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Böyük Yeddiliyin” Rusiya müəmması

© REUTERS / Carlos Barria TPX IMAGES OF THE DAYABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın böyük gücləri bir tərəfədən sanksiyaların uzadılmasında israrlıdır, digər tərəfdən bununla nəyəsə nail olunması inandırıcı görünmür.

“Böyük Yeddiliyin” Rusiya müəmması
BAKI, 28 may — Sputnik. İki gün davam edən danışıqlardan sonra “Böyük Yeddilik” ölkələrinin liderləri qlobal inkişaf məsələsini “təxirəsalınmaz prioritet” kimi müəyyən edib. Əsas hədəf beynəlxalq terror və zorakı ekstremizmə qarşı mübarizə də daxil olmaqla qlobal risklərə qarşı “kollektiv mübarizə” aparmaqdır.

Bəyanatda vəd olunub ki, onlar  iqtisadi məsuliyyət siyasətini daha da möhkəmləndirmək üçün güclü və balanslaşdırılmış siyasət həyata keçirəcək, tezliklə güclü, dayanıqlı və balanslaşdırılmış artım modelinə nail olmaq üçün öhdəlik götürəcəklər.

Sammitin yekun  bəyannaməsində deyilir ki, Minsk razılaşmaları tam icra olanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və lazım gəldikdə daha da sərtləşdiriləcək. Bununla belə, G7 Ukrayna böhranının nizamlanması üçün Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib. 

“Sputnik”ə açıqlamasında məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya iddialarından geri çəkilmədikcə, sanksiyalar daha da sərtləşə bilər: “Böyük Yeddilərin Rusiyadan üç əsas tələbi var. Ukraynanın ərazi bütövlüyünü əməldə tanımaq, separatçılara canlı və texniki dəstək verməmək və Krımın işğalına son qoymaq. V.Putin isə bunlarla bağlı siyasətini dəyişdirmir”. 

Politoloq hesab edir ki, Rusiyanın yenidən Böyük Yeddiliyə qayıtması hələlik gözlənimir. “Donbass məsələsi həll olunsa belə, Krım məsələsi qalacaq. Ona görə nə qədər ki, Krım məsələsi həll olunmayıb, o vaxta qədər bu mümkün görünmür”, – deyə o qeyd edib. 

Onun fikrincə, sanksiyaların uzadılmasının növbəti gərginliyə gətirib çıxarması da istisna olunmur. 

“Rusiyanın münasibətlərdə bir qədər yumşaqlıq yaratmasına baxmayaraq, Qərb birliyi bununla bağlı öz mövqeyini dəyişmir. Ona görə də bu gərginlik davam edəcək”. Bunu isə politoloq Tofiq Abbasov deyib.

“Rusiya aerokosmik qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa qərar verdi. Bu qərar ABŞ tərəfindən böyük razılıqla qarşılandı. O zaman ekspertlər təxmin edirdilər ki, yaxın zamanlarda artıq ABŞ və Rusiya əməkdaşlıq formatını genişləndirməyə başlayacaqlar. Lakin, bunların heç biri baş vermədi. Ən azı iki problem çərçivəsində ABŞ ilə Rusiyanın münasibətlərində çox böyük gərginlik var və heç biri güzəştə getməyə hazır deyillər. Bu baxımdan da bu gözlənilən idi ki, "yeddilərin" sammitində həmin o sanksiyaları nəinki saxlanacaq, həm də sərtləşəcək”.

Politoloqun sözlərinə görə, ABŞ bu barədə əvvəldən öz müttəfiqləri ilə pardəarxası razılığa gəlib. Yaxın zamanlarda münasibətlərdə böyük gərginliklərin olacağını təxmin edən Tofiq Abbasov məsələnin sankisyalarla həll olunacğaına da inanmır. “Təcrübə göstərir ki, sanksiyalarla nəyəsə nail olmaq çətin məsələdir, ona görə də alternativ yollar axtarmaq lazımdır”, — deyə o əlavə edib. 

Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir. 

Xəbər lenti
0