QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN: Atəşkəsin məqsədi hərtərəfli danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
H. Hacıyev bildirib ki, münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan “status kvo” dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

BAKI, 26 may — Sputnik. “Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib. Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır. Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan “status kvo” dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

“Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın axırında xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”, — deyə o qeyd edib.

Xəbər lenti
0