Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türkiyə və Rusiya bir-biri ilə əməkdaşlığa məhkumdur"

© Sputnik / Aleksey DruzhininPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rauf Mirqədirov: "Bəzi analitiklər hesab edirdilər ki, Ankara ilə Moskva yeni güc mərkəzi yaradacaq və bu güc mərkəzi Qərbə qarşı olacaq. Ən azından regional səviyyədə Avropanın və Amerikanın müdaxiləsinin qarşısını ala biləcək"

Türkiyə və Rusiyada bir–birləri ilə əməkdaşlığa məhkum dövlətlərdir
BAKI, 26 may — Sputnik. Avropa Birliyi və Türkiyə arasındakı viza anlaşması ən son olaraq Türkiyədə terror əleyhinə qanunun dəyişdirilməsi tələbi ilə dalana dirənib. Türkiyə hökuməti terrorla mübarizə qanunlarının daha da sərtləşdirilməsini, terrorçularla birlikdə terrora dəstək verən şəxslərin də cəzalandırılmasını təklif edir. AB isə daha dəqiq terror tərifi tələb edir.

Bu isə Ankarada sərt təpki ilə qarşılanıb. Prezident Ərdoğan dolayısı ilə güzəştə getməyəcəklərinə, hətta anlaşmadan imtina edə biləcəklərinə işarə edib. Bunun ardınca Britaniyanın baş naziri Türkiyənin birliyə üzvlüyünün doğuracağı "təhlükələrlə" bağlı iddialarına cavab olaraq deyib ki, Türkiyə Avropa Birliyinin üzvü olmaq üçün min il gözləməlidir. 

Ötən həftə isə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında Əhməd Davudoğlunun yerinə Binali Yıldırım partiyanın yeni sədri seçilib. Türkiyənin olduqca çətin bir situasiya ilə üz-üzə olduğu bir dönəmdə yeni baş nazir Türkiyə-AB, eləcə də Türkiyə-Rusiya münasibətlərinin necə inkişaf etdirəcək? Məsələ ilə bağlı Sputnik-in suallarını siyasi şərhçi Rauf Mirqədirov cavablandırıb.

© azadliq.orgRauf Mirqədirov
Rauf Mirqədirov - Sputnik Azərbaycan
Rauf Mirqədirov

- Rauf bəy, Türkiyədə prezidentə yaxınlığı ilə seçilən Binəli Yıldırımın hökümət başçısı seçilməsi istər ölkə daxilində, istərsə də xaricdə birmənalı qarşılanmayıb. Bəziləri düşünürlər ki, bu seçim parlamentli respublikanın prezidentli respublika ilə əvəzlənməsinə hesablanıb. Bəs, siz necə düşünürsüz? Binəli Yıldırımın baş nazirliyi Türkiyəyə nə vəd edəcək?

— Əhməd Davudoğlunun Binəli Yıldırımla əvəz olunmasının parlamentli respublikanın prezidentli respublika ilə əvəz olunması ilə birbaşa əlaqəsi yoxdur. Davudoğlunun Türkiyənin prezidentli respublikaya keçidinin əleyhinə çıxan bir şəxs olmasını düşünmürəm. Onun siyasəti bu müstəvidə heç də Ərdoğanın siyasətinə zidd deyildi. Amma, bu əvəzlənmənin səbəblərindən biri ondan ibarətdir ki, ümumiyyətlə Ərdoğana baş nazir vəzifəsində bugünkü anı üçün onun sözünü daha yaxşı yerinə yetirə biləcək, onunla daha az mübahisə aparacaq, daha az müstəqil siyasət yürüdəcək insan lazım idi. Belə adam köhnə qvardiyadan olan siyasətçilər arasında az idi. Əslində Davudoğlunun siyasi elitadan uzaqlaşdırılması prossesi daha öncə başlayıb. Türkiyənin hakim partiyası özünün nizamnaməsində deputat seçilməklə bağlı məhdudiyyətlər əlavə etdi. Bununla köhnə qvardiyanın əksəriyyəti son seçkilərdən kənarda qaldı. Bu siyasətçilər ən azı bir dönəm istirahətə getməli idilər. Siyasətçinin dörd illik istirahətə getməsi isə siyasətdən getməsi deməkdir. Bununla da Ərdoğan bütün köhnə qvardiyadan faktiki olaraq canını qurtardı. 

Partiyanın bütün qurucuları partiyadan getdikdən sonra Davudoğlu onlara bağlı və nisbətən müstəqil siyasət yürütmək hüququna malik şəxs kimi müvəqqəti olaraq keçici bir fiqur kimi baş nazir vəzifəsinə təyin edildi. Parlaq fiqur idi. Ən azı xarici siyasətdə çox vacib addımlar atırdı. Bu addımların Türkiyənin maraqlarına nə qədər uyğun olub-olmaması mübahisəli məsələdir. Ancaq bu, konsepsiyaların toqquşması idi. Yəni ki, xarici siyasətə baxışda konseptual fərqlərdən söhbət gedirdi. Digər tərəfdən, Davudoğlu təmiz siyasətçi idi. Korrupsiya qalmaqallarında adı hallanmırdı. Siyasi intelektual elitadan çıxmış bir şəxs idi. Bütün bunlar onu Ərdoğandan fərqləndirirdi. Bütün bu məsələlər Davudoğluya daha müstəqil siyasət yürütməyə, bəzi məsələlərdə Ərdoğanla razılaşmamaq imkanı verirdi. Sözsüz ki, Ərdoğan kimi bir avtoritar lider üçün belə bir baş nazir bütövlükdə qeyri-məqbul idi. Binəli Yıldırım isə partiyada Ərdoğanın sadiq tərəfdarlarından biridir və siyasi karyerasını Ərdoğana bağlamış insandır.

Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Türkiyə - Rusiya barışığına doğru kövrək addımlar

- Müşahidələr göstərir ki, Əhməd Davudoğlunun istefasından sonra Avropa Birliyi ilə Ankara arasındakı münasibətlər kəskin pisləşib. Sizcə, yeni baş nazir dönəmində Brüssel-Ankara münasibətləri necə inkişaf edəcək?

— Düşünürəm ki, Ankara-Brüssel münasibətlərində qarşılıqlı ehtiyaclar, ən azından uzun müddət mövcud olacaq. Bu məsələ yalnız və yalnız baş nazirin dəyişməsi ilə bağlı deyil. Davudoğlu yüksək səviyyəli diplomat idi. Brüssellə hansı dildə danışmaq lazım olduğunu bilirdi və bu danışıqları daha uğrulu aparmaq imkanına malik idi. Ən azı peşakarlığına görə belə imkanları var idi. Binəli Yıldırım isə daha qaba siyasətin təmsilçisidir. O, diplomat deyil. Ərdoğana xas dildə danışa biləcək insanlardan biridir. Davudoğlu ilə Ərdoğanın ritorikası arasında çox ciddi fərq var idi. Yıldırım daha çox Ərdoğan ritorikasına yaxındır. Ancaq bu, görüntüdür. Yəni ki, bu gərginliyin daha ciddi kökləri var.

Digər tərəfdən düşünmürəm ki, AB ilə Türkiyə arasında olan münasibətlər qopma səviyyəsinə gəlib çıxacaq. Hər iki tərəf bir-birindən asılıdır. Hər iki tərəf öz problemlərini həll etmək üçün bir-biri ilə əməkdaşlıq etməyə məhkumdur. Əgər söhbət konkret dövrdən gedirsə, Suriya qaçqınları problemi var və birbaşa ona aid olan iqtisadi problemlər həm Türkiyəyə, həm də AB-ə ciddi təsir göstərir. Bu istiqamətdə əməkdaşlıq olmalıdır. Eyni zamanda iqtisadi sahədə ən azı enerji daşıyıcılarının nəqlində AB Türkiyədən asılıdır, Türkiyə də AB-dan asılıdır. Yəni ki, qlobal-iqtisadi, geosiyasi problemlər var. Bu problemlərin həllində tərəflər bir-birindən asılıdır. Ona görə də gərginlik temperaturunun artıb-azalması bu münasibətlərin qırılmasına gətirib çıxarmayacaq. Düşünürəm ki, tərəflər uzun perspektivdə bir-bir ilə əməkdaşlıq etməyə məhkumdur.

- Bəzi politoloqlar Əhməd Davudoğlunun istefasının Ankara-Moskva münasibətlərinə müsbət təsir edəcəyini deyirlər. Sizin gözləntiləriniz nədir? Binəli Yıldırım dönəmində iki ölkə arasında olan münasibətlər normallaşa bilərmi?

Meyvə-tərəvəz - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Türkiyəyə qarşı sanksiyanı yumşaltdı

— Həm Ankarada, həm də Moskavada uzun müddət həddindən artıq böyük və əbəs gözləntilər olub. Türkiyə və Rusiyada uzun müddətli perspektivdə bir-biriləri ilə əməkdaşlığa məhkum dövlətlərdir. Ən azı iqtisadi sahədə buna məhkumdurlar. Türkiyə Rusiya üçün ilk növbədə enerji daşıyıcılarının istehlakçısıdır. Digər tərəfdən enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılması üçün tranzit ölkədir. Rusiya isə Türkiyə üçün geniş istehlak malları üçün bazardır. Yaxın gələcəkdə bu asılılıqda ciddi bir dəyişiklik olacağını mən düşünmürəm. Yəni bu asılılıq iqtisadi müstəvidə Rusiya-Türkiyə əməkdaşlığının və münasibətlərinin normallaşmasını şərtləndirən ən böyük amildir. Turizm və digər sahələrdə Türkiyəyə tətbiq edilən sanksiyaları görürsünüzsə, bununla yanaşı görməlisiniz ki, enerji daşıyıcıları sahəsində ciddi problem yaranmadı. Çünki bu bazardan Rusiya da imtina edə bilmir. Düşünürəm ki, digər problemlər bu və ya digər dərəcədə həll olunacaq.

Amma, məsələnin ikinci tərəfini də nəzərə almaq lazımdır ki, Rusiya ilə Türkiyənin uzun müddətli perspektivdə strateji tərəfdaşlara, yaxud da müttəfiqlərə çevrilməsi gözləntiləri var idi. Bu gözləntilər həyata keçmədi. Gerçəkliyi əks etdirməyən böyük gözləntilər bu günkü gərginliyə gətirib çıxardı. Bu gərginliyin kökü ondadır ki, xüsusilə də Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya ilə Türkiyənin maraq dairələri üst-üstə düşməyə başlayıb. Bu maraq dairələrində onlar birbaşa rəqabətə başlayıblar. Bu, normal rəqabətdir. Sadəcə olaraq bu rəqabətin müəyyən sivil formaları tapılmalıdır ki, siyasətdə xüsusi gərginliyə gətirib çıxarmasın. Rusiya Cənubi Qafqazı da sözsüz ki, özünün maraq dairəsinə daxil olan region sayır. Türkiyə isə SSRİ dağıldıqdan sonra bu regionda öz maraqlarını gerçəkləşdirmək istəyir. Rusiyada isə bu fəallaşmaya bir qədər qısqanclıqla yanaşırlar. Biz eyni şeyləri Yaxın Şərqdə də görürük. Davudoğlunun siyasətinin əsas vektorlarından biri də Osmanlı coğrafiyasında Türkiyənin nüfuzunun bərpası məsələsi idi. SSRİ uzun müddət Yaxın Şərqdə ən fəal oyunçulardan biri idi. Rusiya da həmin ənənəni davam etdirmək istəyir. Burada isə Türkiyə ilə maraqlar toqquşur. Əslində bir sıra analitiklər hesab edirdilər ki, yeni Türkiyə və yeni Rusiya bu maraqları uzlaşdıra biləcək və hətta birləşərək yeni bir güc mərkəzi yarada biləcəklər. Bu güc mərkəzi Avropaya, Amerikaya qarşı olacaq. Ən azından regional səviyyədə Avropanın və Amerikanın müdaxiləsinin qarşısını almaq səviyyəsində olacaq. Mənə elə gəlir ki, əvvəlcədən səsləndirilən bu fikirlər əbəs, gerçəkləşməsi qeyri-mümkün olan gözləntilər idi.

Xəbər lenti
0