BAKI, 23 may — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhər prokurorluğu "Leninqrad" musiqi qrupunun "Piterdə içmək" klipini araşdırmaq barədə qərar verib. Buna səbəb qrupun çəkdiyi klipdə şəhərin rüsvay edildiyi iddiasıdır.
Belə ki, "Leninqrad" qrupunun "Piterdə içmək" klipində 5 peşə sahibinin işdən çıxan kimi alkoqolizmlə məşğul olduğu əks edilib. Sputnik RİA-ya istinadən xəbər verir ki, qrupun əksər mahnılarında kəskin söyüş ifadələri də yer alır.
Xəbərə görə, şəhər prokurorluğu "Leninqrad"la bağlı araşdırmanı Sankt-Peterburqun qanunvericilik məclisinin üzvü Yevgeni Marçenkonun sorğusu əsasında aparır. Millət vəkilinin sorğusunda "Leninqrad" qrupunun kliplərinin şəhəri rüsvay etdiyi iddia olunur.