Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadakı azərbaycanlıların biznesinə zərbə vuracaq qərar

© Photo : APAMeyvə-tərəvəz bazarı. Arxiv şəkli
Meyvə-tərəvəz bazarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türk mallarına qadağa qoyulması Rusiyada yaşayan həmyerlilərimizə böyük gəlir mənbələri qazandırmışdı. Türkiyəyə qarşı sanksiyaların yumşaldılması, azərbaycanlı iş adamlarına sərf etməsə də, barışığa doğru tendensiyadan məmnundurlar.

BAKI, 20 may — Sputnik. Bilindiyi üzrə, dünən Rusiya Federal Baytarlıq və Bitkiçilik Xidmətinin rəhbəri Sergey Dankvert Türkiyədən idxal edilən qida məhsullarının tamamilə qadağan edilməyəcəyini söyləyib.

Meyvə-tərəvəz - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Türkiyəyə qarşı sanksiyanı yumşaltdı

Dankvert bu ilin yanvarından davam edən sanksiyanı nə üçün ləğv etdiklərini isə belə izah edib: "Türk tərəfi ixrac etdiyi məhsulların təmizliyinə və keyfiyyətinə dair bizə zəmanət verib. Ona görə də, bu sanksiyaları hələlik lazımsız hesab edirik".

Baytarlıq və Bitkiçilik Xidmətinin rəhbəri sözlərinin davamında rus və türk heyətinin birlikdə çalışdığını, irəliləyiş əldə olunduğunu deyib. 1 yanvar 2016-cı il tarixdən etibarən idxalı qadağan olunan türk meyvə-tərəvəz məhsullarının yenidən rus bazarına girməsi Anadoluda müsbət qarşılanıb.

Türkiyəli jurnalist-yazar Murat Öncəl mövzunu Sputnik üçün dəyərləndirib. Onun sözlərinə görə, çox sevindirici haldır ki, iki ölkə arasındakı gərgin münasibətlər yavaş-yavaş yerini sükunətə buraxır.

"Bu böhran uzun sürə bilməz və sürməməlidir. Rusiya hökuməti dəfələrlə bəyan edirdi ki, türk xalqı dostumuzdur, onlarla işimiz yoxdur. Ancaq buna baxmayaraq sanksiyalar davam edirdi. İndi isə müşahidə edirik ki, hər şey normala doğru gedir, sanksiyalar ləğv olunur", — deyə Öncəl bildirib.

Araşdırmaçı siyasilər arasında yaşanan gərginliyin xalqlara sirayət etməsini düzgün hesab etmir: "Axı Samsundan, Trabzondan Soçiyə, Rostova məhsul satan sadə ticarətçinin siyasətlə nə işi ola bilər? Bu səbəblə Rusiyanın atdığı bu addımı yüksək dəyərləndirirəm".

Qeyd edək ki, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunduğu 5 ay ərzində Rusiyada meyvə-tərəvəz işi ilə məşğul olan azərbaycanlı biznesmenlərin işi çoxalıb. Keçin ilin eyni dövrü ilə müqayisədə bu il daha çox gəlir qazanan həmyerlilərimiz, buna baxmayaraq Türkiyə üzərindən sanksiyaların qaldırılmasına sevindiklərini bildirirlər.

Astraxan-Penza-Soçi bölgələri üzrə meyvə-tərəvəz satışı ilə məşğul olan "Frukt-Terminal" şirkətinin rəhbəri Nail Əbdüləzimov Türkiyədən idxalın qadağan olunmasından sonra işlərinin ikiqat artdığını söyləyib: "Keçən ilin dekabr ayına qədər işlər öz qaydasında və axarında gedirdi. Amma sanksiya qərarı veriləndə və Putin bu qərarın yanvardan qüvvəyə minəcəyini söyləyəndə, türklərdən boşalan yeri doldurmaq üçün iş sxemimizdə dəyişiklik etdik".

"Məsələn, İrandan, Azərbaycandan və Rusiyanın digər şərq bölgələrindən sifariş verdiyimiz meyvə-tərəvəz məhsullarının sayını artırdıq. Gəlirlərimiz çoxaldı, yaxşı qazanc əldə etdik", — deyə azərbaycanlı iş adamı bildirib.

N. Əbdüləzimov, əlavə qazanca baxmayaraq, türk məhsullarının yenidən rus bazarına girməsini müsbət qiymətləndirib: "Rusiya dövləti yenə öz böyüklüyünü göstərdi, siyasətlə sadə xalqı bir-birinə qatmadı. Onsuz da, Putin dəfələrlə öz çıxışında türk xalqını düşmən kimi görmədiklərini söyləmişdi".

Xatırladaq ki, Rusiya hökuməti 1 yanvar 2016-cı ildən etibarən Türkiyədən portağal, naringi, üzüm, alma, armud, şaftalı, çiyələk, pomidor, soğan, kələm, xiyar və s. məhsulların idxalını qadağan etmişdi.

Xəbər lenti
0