BAKI, 20 may — Sputnik. Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev Ermənistana səfər edib. Sputnik RİA-ya istinadən xəbər verir ki, Medvedyev, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün İrəvana gəlib.
Bu gün İrəvanda AİB-in Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək. Bu cür görüşlər bir qayda olaraq ilin hər rübündə keçirilir. Bu, 2015-ci ilin yanvarından bu yana sayca 5-ci olacaq.