BAKI, 19 may — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Ağdam rayonu Baş Qərvənd kəndinin şimalından keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, keçirilən monitorinq insidentsiz başa çatıb.
Təmas xəttində monitorinq baş tutdu
14:46 19.05.2016 (Yenilənib: 20:34 16.11.2021)
© Photo : Tərtər rayon İcra HakimiyyətiCəbhə xəttində monitorinq. Arxiv şəkli
© Photo : Tərtər rayon İcra Hakimiyyəti
Abunə olmaq
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb