QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ştaynmayer: tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram

© palitranewsATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer
ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat yayıb.

BAKI, 17 may — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat yayıb.

Sputnik-in məlumatına görə, bəyanatda deyilir:  "Qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə çox təəssüf edirəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram”.

“Bu baxımdan, mən mayın 16-da Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmkarlarımın — ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsünü alqışlayıram. Hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına və eləcə də iyun ayında danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə çox şadam.”

Frank-Valter Ştaynmayer qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-də sədrliyi dövründə Minsk Qrupu həmsədrlərinin  fəaliyyətini dəstəkləməkdə israrlıdır: "Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq”.  

“Apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları, münaqişənin dalandan çıxması üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün  atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir", deyə  Frank-Valter Ştaynmayer vurğulayıb.

Xəbər lenti
0