BAKI, 16 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin mayın 28-də Yunanıstana rəsmi səfər edəcək. Sputnik Gazeta.ru-ya istinadən xəbər verir ki, səfər zamanı Rusiya təbii qazının Yunanıstan-İtaliya təbii qaz kəməri vasitəsi ilə Avropa İttifaqına üzv dövlətlərə nəqlinin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən layihəyə ABŞ və Avropa İttifaqı qarşı çıxır. Qərb alyansı bu layihəyə nə üçün qarşı çıxmasına səbəb kimi Krımın Rusiya tərəfindən ilhaqını səbəb göstərir.
Mayın 17-də Yunanıstanın Saloniki bölgəsində TAP-ın təməlqoyma mərasimi keçiriləcək.