QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İsmət Yılmaz: Qarabağ problemi Azərbaycanın suverenliyi çərçivəsində həll edilməlidir

© Photo : mod.gov.azAzərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli
Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin müdafiə naziri bildirib ki, Azərbaycan öz hərbi gücünü artırmaq və müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir.

BAKI, 15 may — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”.

APA-nın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

İ. Yılmaz deyib ki, aqressivlik və işğal siyasəti heç vaxt uğur gətirə bilməz: Ermənistanın xalqının da sülhə və barışa ehtiyacı var. Sülhün necə əldə olunacağı da bəllidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini tapmalıdır. Bundan başqa heç bir həll variantını Türkiyə dəstəkləməz, Türkiyə Azərbaycanın yanındadır”.

İ. Yılmaz bildirib ki, Azərbaycan öz hərbi gücünü artırmaq və müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”.

Xəbər lenti
0