BAKI, 14 may – Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Estoniya sakinini casusluq ittihamı ilə saxlayıb. Sputnik Tass-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Mardaleyşvili Arsen Nodaroviç Estoniyada vətəndaşsız statusu ilə yaşayır.
Federal Təhlükəsizlik Xidməti onu Sankt-Peterburqda casusluq əməli törədərkən saxlayıb.
FTX-dən bildirilib ki, Estoniyanın Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamenti Arsen Mardaleyşvilini Rusiya Silahlı Qüvvələrinə aid obyektlərlə bağlı məlumat toplamağa göndərib.
O, Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə ittiham olunur.