BAKI, 11 may — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, Rusiya iqtisadiyyatı gələn il əsasən tənəzzüldən inkişafa keçid edəcək. Bu ilin yekunlarına görə, ÜDM 1% artacaq.
Spunik EBRD-in məlumatına istinadla xəbər verir ki, Rusiya iqtisadiyyatını neftin qiymətlərinin bərpası dəstəkləyəcək, bu sahəyə xüsusi tələbat və investisiya qoyuluşu artacaq.
İqtisadiyyat İnstitutunun göstəricilərinə görə, 2016-cı ildə Rusiya iqtisadiyyatında baş verən tənəzzül neftin qiymətlərinin aşağı düşməsi və investisiyaların həcminin azalması səbəbindən davam etməkdədir. Bununla belə, EBRD Rusiya Federasiyasının ÜDM-nın səviyyəsini noyabr proqnozunda olduğu kimi saxlayıb. Bu göstərici isə 1,2% səviyyəsindədir.
“Uzunmüddətli perspektivdə ciddi islahatlar aparılacağı təqdirdə Rusiya UDM-ü 1-2% səviyyəsində qala bilər” — deyə sənəddə bildirilir.