11 may saat 12:00-da iqtisadçıların iştirakı ilə "Bankların problemi: vergi tətilləri mümkündürmü?" mövzusunda dəyirmi masa keçiriləcək.
Azərbaycan bankları kapitallaşma istiqamətinə yönəldilmiş vəsaitlərin 3 il müddətinə mənfəət vergisindən azad edilməsini xahiş edir.
Təklif bankların cari problemləri ilə əlaqədardır.
Tədbirdə iqtisadi analitik Fərhad Əmirbəyov, AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi əməkdaşı Mais Güləliyev və iqtisadi şərhçi Fuad Əlizadə iştirak edəcək.
Akkreditasiya
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia mətbuat mərkəzində, bu ünvanda olacaq: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23, 4-cü mərtəbə.