QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan hökuməti "DQR"in tanınması barədə qanun layihəsini parlamentə göndərib

© Sputnik / Mediabanka keçidAzərbaycanın işğal edilmiş Ağdərə rayonundan bir görüntü
Azərbaycanın işğal edilmiş Ağdərə rayonundan bir görüntü - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, bu qanun layihəsinin hökumət tərəfindən parlamentə təqdim olunması qərarı Ermənistanla "Qarabağ" arasında daxili və xarici faktorların müzakirəsi nəticəsində ortaya çıxıb

BAKI, 5 may-Sputnik. Ermənistan hökuməti bugünkü iclasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsini müsbət qiymətləndirib. Sputnik Azərbaycan Sputnik Ermənistan-a istinadla xəbər verir ki, qanun layihəsinin müəllifi müxalifətdən olan deputatlar Zarui Postancanyan və Hrant Baqratyandır.

İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü - Sputnik Azərbaycan
QARABAĞ
"Ermənistan "DQR"i tanıyacağı halda məğlubiyyətinə imza atmış olacaq"

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan öz çıxışında deyib ki, bu qanun layihəsinin hökumət tərəfindən parlamentə təqdim olunması qərarı Ermənistanla "Qarabağ" arasında daxili və xarici faktorların müzakirəsi nəticəsində ortaya çıxıb. Qanun layihəsi müzakirəsiz və çıxışlar olmadan qəbul edilib.
Hökumətin iclasında qanun layihəsinin müəllifi Zarui Postancanyan da iştirak edib. Sputnik Ermənistanın müxbiri ilə söhbətində Postcanyan hökumətin bu qərarını müsbət qiymətləndirib. Həmçinin ümid etdiyini bildirib ki, müzakirələr Ermənistanın Milli Məclisində davam etdiriləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində deyib ki, erməni parlamentarilərin Dağlıq Qarabağın tanınmasına dair təşəbbüsləri ilə bağlı panikaya əsas görmür. Çünki İrəvan bəyan edib ki, regionun statusunu birtərəfli qaydada təyin etməyəcək.

Ermənistan XİN isə bu günlərdə bəyan edib ki, "Bakı yeni aqressiv siyasətini davam etdirəcəyi təqdirdə" İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq.

Xəbər lenti
0