BAKI, 4 may — Sputnik. “Yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır”.
Sputnik-in məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Görüş planlaşdırırıq, çünki məsələ yüksək diqqət tələb edir. Yəgin ki, tezliklə təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, — deyə o vurğulayıb.