Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya NATO-ya qarşı 3 yeni hərbi birlik yaradır

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidSergey Şoyqu
Sergey Şoyqu - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni birliklər Rostov, Smolensk və Voronej şəhərlərində qurulacaq. Bu hərbi birliklərin hər biri 10 min əsgər tutumlu olacaq.

BAKI, 4 may — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiyanın yaxınlığında hərbi gücünü artırmasına qarşı, ilin sonunadək 3 yeni hərbi birlik yaradacaqlarını söyləyib. Sputnik Türkiyənin "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Moskvada qatıldığı bir yığıncaqda danışan Sergey Şoyqu, NATO-nun Rusiya sərhədinə yaxın bölgələrdə hərbi gücünü artırmasına qarşı tədbirlər görüldüyünü deyib.

"İlin sonuna qədər ikisi qərb, biri də cənub hərbi bölgəsində olmaq üzrə üç yeni birlik yaradılacaq", — Şoyqu əlavə edib.

Rus mətbuatında yer alan xəbərlərə görə, yeni birliklər Rostov, Smolensk və Voronej şəhərlərində qurulacaq. Bu hərbi birliklərin hər biri 10 min əsgər tutumlu olacaq.

Xəbər lenti
0