BAKI, 3 may – Sputnik. Avropa Komissiyası Rusiya iqtisadiyyatına dair fevral proqnozunu pisləşdirib.
Sputnik gazeta.ru-ya istinadən xəbər verir ki, ekspertlər 2016-cı ildə Rusiyada ÜDM-in 1,2% əvəzinə, 1,9% azalacağını proqnozlaşdırırlar.
Eyni zamanda, ekspertlər Rusiyada ÜDM-in 2017-ci ildə 0,3% yox, 0,5% artacağını da proqnozlaşdırıblar.
"Geosiyasi vəziyyət, neftin qiymətinin zəif artımı, eləcə də Rusiya Mərkəzi Bankının monetar siyasəti hələ də Rusiya iqtisadiyyatına təsir edən əsas amillər olmaqda davam edir", — deyə hesabatda qeyd olunub.
Ekspertlər həmçinin 2017-ci ildə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi riskinin iqtisadi əminliyinin azalmasına və investisiyaların bərpasının gecikməsinə səbəb olacağının qeyd ediblər.