Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ prezidentliyinə namizəddən Rusiyaya təhdid

Abunə olmaq
Donald Tramp rus təyyarələrinin vurulmasını istəyir: "Bu, ölkəmizə qarşı hörmətsizlik və Obamaya qarşı hörmətin olmamasının göstəricisidir"

BAKI, 3 may — Sputnik. "Bizim orduya aid təyyarələrin yaxınlığında təhlükəli manevr edən Rusiya qırıcılarını vurmaq lazımdır".

Sputnik Newsweek-ə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa əsas iddiaçı Donald Tramp deyib. Aprelin 29-da Baltik dənizi üzərində Rusiyaya məxsus Su-27 təyyarəsinin ABŞ Hava Qüvvələrinə məxsus kəşfiyyatçı-təyyarənin yaxınlığında manevrlər həyata keçirməsini şərh edən Tramp, "Indiana Radio"ya müsahibəsində bunu "son çarə" kimi dəyərləndirdiyini qeyd edib.

Onun sözlərinə görə, bu cür və ya oxşar hallarda ilk növbədə ABŞ və Rusiya prezidentləri bir-biri ilə əlaqə yaradıb münaqişənin həlli üçün diplomatik yol üzərində işləməlidir. Tramp Rusiyanın hərəkətlərini "zəhlətökən" də adlandırıb: "Bu, ölkəmizə qarşı hörmətsizlik və Obamaya qarşı hörmətin olmamasının göstəricisidir".

Xəbər lenti
0