QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərbaycan əraziləri hesabına vətən qurula bilməz"

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Abunə olmaq
Zahid Oruc: "Ağdərənin statistikasına baxanda, 1989-cu ildə orda 8 min 300 nəfər yaşayırdı, 2005-ci ildə 4 min 200 nəfər. İndi isə sıfırdır. Ön cəbhədəki hərbçilər də öz ailələrini oradan çıxarıblar"

BAKI, 29 apr — Sputnik. "Hər bir parlament üzvü Azərbaycan xalqının nümayəndəsi kimi son 3 gündə cəbhə xəttində yaranmış vəziyyətlə bağlı narahatdır. Dağlıq Qarabağ münaqişəsinin ağırlığı təkcə Ali Baş Komandanın və ordumuzun çiyinlərində deyil, hər bir parlament üzvü olaraq biz Ermənistanın son əməllərinə qiymət verməliyik".

Sputnik xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin plenar iclasında deyib. O, bildirib ki, bölgələrdə dinc insanları hədəfə çevirən Ermənistan, guya uğur qazanacağını, arxa cəbhənin boşalacağını, ordunun xalqdan məhrum olacağını düşünür.

"Ağdərənin statistikasına baxanda, 1989-cu ildə orda 8 min 300 nəfər yaşayırdı, 2005-ci ildə 4 min 200 nəfər. İndi isə sıfırdır. Ön cəbhədəki hərbçilər də öz ailələrini oradan çıxarıblar", —deyə millət vəkili bildirib.

Onun fikrincə, bu, sübut edir ki, ermənilər istədiklərinə nail ola bilməyiblər: "Azərbaycan əraziləri hesabına vətən qurula bilməz. Demoqrafik cəhətdən onlar bu illər ərzində məhv olublar".

Xəbər lenti
0