QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistan situasiya ilə manipulyasiya edir"

© Trendİlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü
İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, qlobal oyunçular arasındakı ziddiyyətlər həll olunmayınca, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində uğurların əldə olunacağı şübhə altına düşür.

Ermənistan situasiya ilə manipulyasiya edir
BAKI, 29 apr — Sputnik. "Təəssüflə qeyd etmək olar ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu və bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında olan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyib. Halbuki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli cavabı və bunun nəticəsi olaraq işğal altındakı bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik reaksiyasına səbəb oldu".
Əli Həsənov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - Sputnik Azərbaycan
SİYASƏT
"Azərbaycan qəti addımlar atmalı olacaq"

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında deyib. Administrasiya rəsmisinin sözlərinə görə, hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər.

Bəs, görəsən beynəlxlaq ictimaiyyətin susqunluğu doğurdanmı məsələyə biganə münasibətin nəticəsidir? Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə kifayət qədər diqqət yetirilir.

© APARauf Mirqədirov, jurnalist
Rauf Mirqədirov, jurnalist - Sputnik Azərbaycan
Rauf Mirqədirov, jurnalist

"Ən azından Rusiya xarici işlər naziri Sergey Lavrov regiona səfər etdi, danışıqlar apardı. Digər tərəfdən cəbhədə gərginlik yarananda ABŞ dövlət kaitib Con Kerri tərəflərə müraciət etdi, telefon danşıqları apardı. Yəni diqqət var. Amma, düşünürəm ki, söhbət diqqətin olub-olmamısandan yox, həmin diqqətin real nəticəsinin olub-olmamısandan getməlidir. Həmin diqqətin isə real nəticələri yoxdur", —deyə politoloq Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, bu, münaqişə tərəflərindən çox, regionda maraqları olan qlobal oyunçular arasındakı ziddiyyətlərlə bağlıdır: "Qlobal oyunçular arasındakı ziddiyyətlər həll olunmayınca Qarabağ münaqişəsinin dinc yolla həllində uğurların əldə olunacağına inanmıram".

R. Mirqədirovun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin "hər şey münaqişə tərəflərindən asılıdır sözlərinə" ancaq sadəlövh adamlar inana bilər: "Əgər həmsədrlərin vahid mövqeyi olsaydı, onların regionda maraqları toqquşmasaydı, Azərbaycan və Ermənistanı hansısa bir sülh sazişinə razılaşdırmaları o qədər də çətin olmazdı. Həmsədrlərin münaqişənin həlli üçün təsir imkanları və məcbur etmə mexanizmləri var. Ən azından BMT Təhlükəsizlik Şurasının qərarları ilə tərəfləri hansısa sülh sazişinə təhrik etmək olar. Onları razılaşdırmaq olar. Yəni ki, bu varinatların dəfələrlə digər münaqişə regionlarında həyata keçirildiyini görmüşük. Təbii ki, əgər qlobal oyunçular bu barədə öz aralarında razılığa gələ bilərlərsə, bu, mümkün ola bilər".

"Söhbət təkcə Azərbaycan və Ermənistandan yox, qlobal oyunçuların maraqlarının toqquşmasından gedir. Bu, vahid mövqe nümayiş etdirməyə imkan vermir. Bunun nəticəsində sözsüz ki, ilk növbədə Ermənistan situasiya ilə manipulyasiya etmək imkanları əldə edir. Bu gün Ermənistanın bu manipulyasiyasının göstəricisi — həmsədr dövlətlərin çağırışına etinasız yanaşmasıdır", — siyasi təhlilçi qeyd edib.

R. Mirqədirov eyni zamanda qeyd edib ki, Ermənistan mövcud "status-kvo"nun daha da dondurulmasına gətirib çıxaracaq addımların atılmasını tələb edir: "Bu halda Ermənistana qarşı hər hansı bir təzyiq göstərilməməsi isə həmsədrlərin gücsüzlüyünün və maraqlarının toqquşmasının nəticəsidir. Ermənistan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq".

Politoloq Azər Rəşidoğlu isə düşünür ki, hazırda münaqişənin həllində daha çox Rusiya tərəfi fəallıq göstərsə də, nəyəsə nail ola bilmir. Politoloqun fikrincə, tərəflər arasında sülhə nail olmaq üçün danışıqların formatı dəyişməlidir: "İlk növbədə ATƏT- in Minsk qrupu həmsədrliyinə yeni üzvlər qəbul edilməlidir. Hazırki, həmsədrlərdən bəzilərinin daha çox ermənipərəst mövqedə olduqları üçün yeni üzvlərin qəbulu barədə düşünmək lazımdır".

© Sputnik / Murad OrujovAzər Rəşidoğlu
Azər Rəşidoğlu - Sputnik Azərbaycan
Azər Rəşidoğlu

"Bu yeni üzv Türkiyə də ola bilər. Lakin Ermənistan və digər dövlətlərin buna etiraz edəcəyini nəzərə alsaq, Almaniya və ya İsveçin ATƏT-in Minsk qrupunun genişlənmiş formatına cəlb olunması barədə düşünməliyik", — analitik qeyd edib.

Onun fikrincə, əks halda biz diplomatik cəbhədə məğlubiyyətə uğraya bilərik: "Bu baxımdan danışıqlar prossesini yeni formata keçirməyin zamanı gəlib çatıb".

Xatırladaq ki, Əli Həsənov sözügedən müsahibəsində Azərbaycanın Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində olmadığını bildirib.

Xəbər lenti
0