QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutur

© Photo : TREND / Samir AliПоврежденное в результате артобстрела здание в городе Агдам
Поврежденное в результате артобстрела здание в городе Агдам - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 27-də saat 23.00-dan aprelin 28-də saat 04.00-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdən iriçaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutublar.

BAKI, 28 apr — Sputnik. Azərbaycan  Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 27-si axşam saatlarından başlayaraq, 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Aprelin 5-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iriçaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar. 

Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan
QARABAĞ
Moskva Qarabağ münaqişəsi ilə bağlı ilkin istəyini açıqladı - müddətsiz atəşkəs

AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələri aprelin 26-da saat 01.15-dən saat 04.45-dək Tərtər rayonunun Qapanlı və Şıxarx istiqamətində yaşayış məntəqələrini şiddətli atəşə tutub, nəticədə Tərtər şəhərində 4, Qazyanda 6, Qapanlıda 2, Həsənqayada 5, Qarağacıda 2, Qaynaqda 2 ev olmaqla, 6 yaşayış məntəqəsində 21 evə qismən ziyan dəyib, Həsənqaya kəndində 1 ev tamamilə dağıdılıb.

Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 110 kilovoltluq İsmayılbəyli, 110 kilovoltluq Goranboy-Naftalan-Tərtər, 35 kilovoltluq Tərtər-Şıxarx yüksək gərginlikli elektrik xətlərinə, Seydimlidə 160 kilovoltluq transformator yarımstansiyasına ciddi ziyan dəyib. Nəticədə 11 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.

Aprelin 26-da gecə 22.00-dan 23.40-dək Tərtər rayonunun Yuxarı Qapanlı istiqamətində erməni silahlı qüvvələrinin atəşi nəticəsində Yuxarı Qapanlı kəndində 1 ev ciddi zədələnib, Əskipara kəndində 3, Seydimli kəndində 1 evə ziyan dəyib. 

Elmar Məmmədyarov - Sputnik Azərbaycan
SİYASƏT
Elmar Məmmədyarov Pan Ki Muna müraciət etdi: "Mülki əhalimiz atəşə tutulur"

Aprelin 27-də saat 23.00-dan aprelin 28-də saat 04.00-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdən iriçaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutublar. Nəticədə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.

Ağdam rayonunun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub, 4 mülki şəxs ağır, 4-ü isə yüngül yaralanıb. Rayonun 4 yaşayış məntəqəsində 10 ev tamamilə dağıdılıb, 40 evə ziyan dəyib. Atəşlər nəticəsində bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.

Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.

Aprelin 2-dən başlayaraq, Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, 34 yaşayış məntəqəsinə 97 mərmi düşüb. Tərtər rayonunda 3, Ağdamda 2 mülki şəxs öldürülüb, 34 nəfər isə xəsarət alıb. Onların 18-i Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. O cümlədən 16 nəfər aprelin 5-də atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan silahlı birləşmələrinin açdığı atəşlər nəticəsində yaralanıb.

Ağdamda 109, Tərtərdə 259, Goranboyda 85 olmaqla, ümumilikdə 457 tikiliyə ziyan dəyib ki, onlardan da 412-si evdir. Ziyan dəymiş evlərin 82-si Ağdam, 248-i Tərtər, 79-u Goranboy, 3-ü isə Ağcabədi rayonlarının ərazisində yerləşir. Həmçinin 26 ev tamamilə dağıdılıb, digərlərinə isə ciddi ziyan dəyib. Həmçinin atəşkəs barədə razılaşmadan sonra 98 evə ziyan vurulub, 12 ev tamamilə dağıdılıb.

Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 18 qeyri-yaşayış obyektinə, həmçinin 27 yardımçı tikiliyə ciddi ziyan vurulub. Əhaliyə məxsus 309 baş mal-qara tələf olub.

Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə — elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.

Xəbər lenti
0