BAKI, 26 apr — Sputnik. Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.
Sputnik-in Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Sergey Lavrov Edvard Nalbandyanla Dağlıq Qarabağ probleminə toxunublar.
Konkret olaraq onlar Qarabağ nizamlanmasının perspektivləri və atəşkəs rejiminə riayət olunması ilə bağlı fikir mübadiləsi aparıblar.