QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: "Azərbaycan torpağı azad olunacaq"

© AP Photo / AP video via APВоенные действия на территории Нагорного Карабаха
Военные действия на территории Нагорного Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə sərt cavab verib.

BAKI, 24 aprel-Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə sərt cavab verib.

"Seyran Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq." — deyə MN bildirib.

Nazirlik münaqişənin sülh yolu ilə yeganə həllinin işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması olduğunu bir daha xatırladıb.

"Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq" — deyə MN-in bəyanatında bildirilir.

Xəbər lenti
0