QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəs rejimi pozulub

CC0 / StockSnap / bulletAtəşkəsin pozulması
Atəşkəsin pozulması - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

BAKI, 23 apr — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının İcevan, Berd, Krasnoselsk rayonlarındakı mövqelərdən Qazax, Tovuz, Gədəbəy rayonu ərazisindəki mövqelərimiz atəşə tutulub.

Həmçinin Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonları ərazisində yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

Xəbər lenti
0