Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın nümayəndə heyəti fitosanitar laboratoriyalara baş çəkib

© Sputnik / Yevgeniy Biyatov / Mediabanka keçidQuru meyvə satışı
Quru meyvə satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Baytarlıq və Fitosanitariya Xidmətinin təmsilçiləri Azərbaycana gəliblər.

BAKI, 21 apr — Sputnik. Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını artırmaq istəyir.

Bunun Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev Rusiyanın Baytarlıq və Fitosanitariya Xidmətinin təmsilçiləri ilə görüşdə deyib.

Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, görüşdə rusiyalı təmsilçilər də Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalını artırmaq istədiklərini söyləyiblər.

Rusiyanın nümayəndə heyəti taxılın və ondan emal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinə tələblər və fitosanitar tələbləri barədə mövcud normativ sənədləri Azərbaycan tərəfdən istəyib. Azərbaycan tərəfi sənədləri təqdim etməyə razılıq verib.

Görüşdə Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına da Camal Quliyev cavab verib. O, bildirib ki, bu məqsədlə fitosanitar xidmətinin bir qrup mütəxəssisindən ibarət komissiya çalışır. Komissiya pomidorların həm görünüş, həm də laborator yoxlamasını apardıqdan sonra yalnız Azərbaycan mənşəli pomidorlara sertifikat verir.

Rusiyanın Baytarlıq və Fitosanitariya Xidmətinin əməkdaşları ölkəmizin istixanaları barədə göndərdikləri sorğuya cavab ilə maraqlanıblar. Deyilib ki, digər sənədlərlə birlikdə sorğuya cavab da tezliklə onlara veriləcək.

Rusiyalı qonaqlar Xidmətin bir neçə laboratoriyası ilə də tanış olublar. Nümayəndə heyəti laboratoriyaların diaqnostik fəaliyyətini yüksək qiymətləndirib.

Xəbər lenti
0