BAKI, 19 aprel-Sputnik. "Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın".
Sputnik APA-ya istinadla xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya paytaxtında keçirilən Avrasiya ölkələri parlament spikerlərinin birinci toplantısında iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq bildirib. O, Pakistanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib:
"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq. Pakistan ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Lakin hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir".