BAKI, 18 apr — Sputnik. "Azərbaycanla Ermənistan arasındakı münaqişə 24 il əvvəlki kimi qalıb".
Bu sözləri Sputnik Azərbaycanın Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında, Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov bildirib.
Onun sözlərinə görə, mütəxəssislərin əksəriyyəti hesab edirlər ki, münaqişəni başlayan deyil, beynəlxalq hüququ pozan günahkardır: "Deməli, günahın böyük əksəriyyəti münaqişə tərəflərindən biri olan Ermənistanın üzərinə düşür".
Markov qeyd edib ki, cəbhə bölgəsində baş verən son hadisələrdə Azərbaycan bir neçə məqsədə nail olub: "Danışıqlar prosesinin donunu açmağa, çünki bundan sonra danışıqlar uğurla gedir; Azərbaycan öz gücünü göstərdi; əhali bütünlüklə hakimiyyəti dəstəklədi — nümayişlər keçirildi, çoxları hərbi xidmətə yazılmaq üçün müraciət etdi; Türkiyə tərəfinin dəstəyi qəbul edildi; bütün bunlarla yanaşı, situasiya dəyişdi".