Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Azərbaycan səfirinin müşavirini döyən sürücü saxlanılıb

© Sputnik / Aleksandr Utkin / Mediabanka keçidТакси в Москве. Архивное фото
Такси в Москве. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın mərkəzində döyülən Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Emil Məhərrəmov hazırda xəstəxanadadır.

BAKI, 16 apr — Sputnik. Bu gecə Moskvanın mərkəzində Azərbaycanın Rusiyadakı səfirinin müşaviri, konsulluq şöbəsinin rəhbəri Emil Məhərrəmov döyülüb. Hazırda Məhərrəmov Moskva xəstəxanalarından birindədir. Bu barədə Sputnik-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər. 

Hadisə Moskvanın Konyuşkov küçəsində baş verib. İnsidentin təfərrüatları məlum deyil. Hazırda faktın təhqiqatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun nəzarətindədir. Zərərçəkmiş artıq hüquq-mühafizə orqanlarına müraciət edib.

Hələlik Məhərrəmovun taksi sürücüsü ilə münaqişə etdiyi bildirilir. Sürücü dağıstanlı olub. 

Rusiya KİV-nin məlumatına əsasən, konsulun döyülməsində iştirak edən sürücü saxlanılıb. Bu 31 yaşlı Haybulla Hacıyevdir.

Məhərrəmov baş və bədən nahiyələrindən çoxsaylı zərbələrlə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb, qaşı və dodağı partlayıb.

Hazırda insidentin səbəbləri aydınlaşdırılır.   

Xəbər lenti
0