BAKI, 15 apr — Sputnik. "Biz müharibə aparmamışıq, biz Ermənistan tərəfindən törədilən təxribata cavab vermişik. Əgər Azərbaycan müharibə aparsaydı, bir həftə sonra müharibə hara gedib çıxacaqdı, hamı onu yaxşı bilir".
Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu günkü plenar iclasında deyib. O bildirib ki, ilk dəfə Azərbaycan birtərəfli atəşkəs elan etdi.
"Azərbaycan həmişə sülh yolu ilə həllin tərəfdarı olub. Ancaq Azərbaycan dövləti, onun əsgərləri göstərdi ki, biz bu məsələni hər cür həll etmək iqtidarındayıq və bu da həmin o 5 günlük toqquşma zamanı özünü göstərdi", —deyə spiker bildirib.
Onun sözlərinə görə, bu məsələ Ermənistanı sülhə məcbur etmək üçün ən vacib məsələlərdən biri olub: "İndi danışıqlar gedir. Güman etmək istəyirik ki, bu məsələ bu yol ilə öz həllini tapacaq",-deyə Oqtay Əsədov deyib".